XƏBƏR LENTİ
20 May 2022
19 May 2022



Əbülfət MƏDƏTOĞLU : - TİTRƏYİR...
Ədəbiyyat 21:22 / 21.01.2022

Yorulub oturmuşam
Dizim yerdə titrəyir...
Ağır yük götürmüşəm -
İzim yerdə titrəyir...

Ümid kül, gah qor olur
Yaşamaq lap zor olur...
Göyə baxıb yorulur -
Gözüm yerdə titrəyir!

Həsrət qəlbi deşibdi,
Dil ağızda şişibdi...
Havadaydı, düşübdü -
Sözüm yerdə titrəyir!..

Şeh düşüb yarpaq üstə ,
Dayan, dön yar, bax üstə!
Qoymuşam torpaq üstə -
Üzüm yerdə titrəyi!



6605 oxunub

InvestAZ