XƏBƏR LENTİ
20 May 2022
19 May 2022



Eldar Həsənov 10 il azadlıqdan məhrum edildi
HÜQUQ 16:59 / 21.01.2022

Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq səfir Eldar Həsənovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Yenisəs.az-ın xəbərinə görə, bu gün hakim Əfqan Hacıyevin sədrliyi, Amil Ağalının katibliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkilləri - Cəlil Mirzəyev, Cavad Cavadov, Valeh Mehrəliyev və Adəm Məmmədov müdafiə çıxışlarında məhkəmədən müvəkkilləri barəsində bəraət hökmü çıxarılmasını xahiş ediblər.

Daha sonra Eldar Həsənov son söz deyib. O, müdafiəçilərinin çıxışları ilə razı olduğunu bildirərək ədalətli hökm çıxarılmasını istəyib.

Hakimlər hökm qəbul etmək üçün müşavirəyə gediblər.

Müşavirədən sonra hökm elan olunub.

Hökmə əsasən, Eldar Həsənov ittiham olunduğu maddələrlə təqsirli bilinərək 10 il azadlıqdan məhrum olunub.


5793 oxunub

InvestAZ