XƏBƏR LENTİ
20 May 2022
19 May 2022



Bakıda uşağın ayağı eskalatorun pilləkənləri arasında qalıb
Sağlamlıq 10:53 / 21.01.2022

Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonunda yerləşən ticarət mərkəzində azyaşlının köməyə ehtiyacı olması barədə məlumat daxil olub.

Nazirlikdən Yenisəs.az-a bildirilib ki məlumat əsasında hadisə yerinə operativ olaraq Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, qaldırıcı eskalator hərəkətdə olan zaman 2016-cı il təvəllüdlü uşağın sol ayağı eskalatorun pilləkənlərinin arasında sıxılı vəziyyətdə qalaraq, uşağın həyat və sağlamlığı təhlükə altına düşüb.

Xilasedicilər xüsusi xilasetmə vasitələrindən istifadə etməklə uşağın ayağını eskalatorun pilləkənləri arasından çıxararaq onu xilas ediblər. Uşaq təcili tibbi yardım briqadasına təhvil verilib.



5213 oxunub

InvestAZ