XƏBƏR LENTİ
20 May 2022
19 May 2022



Bakıda avtomobilə atəş açdılar
KRİMİNAL 09:33 / 21.01.2022

Yanvarın 20-si saat 18:00 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində naməlum şəxs qəsəbə sakini Tərlan Namazovun idarə etdiyi "Pajero” markalı avtomobilə odlu silahdan atəş açıb.

Yenisəs.az  Publika.az -a  istinadla xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

Publika.az-ın  Əməkdaşı bununla əlaqədar DİN-in Mətbuat Xidməti ilə əlaqə saxlayıb. Mətbuat xidmətindən bildirilib ki, fakt qeydə alınıb, xoşbəxtlikdən xəsarət alan yoxdur. Hadisəni törədən  şəxsin müəyyən edilərək tutulması istiqamətində polis əməkdaşları tərəfindən zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.


3165 oxunub

InvestAZ