XƏBƏR LENTİ
20 May 2022
19 May 2022



Ərdoğan: - Türkiyə Putin-Zelenski görüşünə ev sahibliyi etmək istəyir
SİYASƏT 08:02 / 21.01.2022

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüşə öz ərazisində ev sahibliyi etmək istəyini təsdiqləyib.

Yenisəs.az  bildirir  ki, Teleqraf.com-un məlumatına görə, Ərdoğan bəyan edib ki, rəsmi Ankara Rusiya ilə Ukrayna arasında müharibə mühitinin formalaşmasına təəssüflənir:

"Putinlə Zelenski arasında görüş keçirməyi nəzərdə tuturuq. Gələn ayın əvvəlində mənim Ukraynaya səfərim olacaq”.

Onun sözlərinə görə, regionda sülh və sabitliyin təmin olunması üçün Putinlə təmasları davam etdirəcək.


2965 oxunub

InvestAZ