XƏBƏR LENTİ
24 May 2022
23 May 2022



Tokayev müdafiə nazirinin müavinini də kənarlaşdırdı...
DÜNYA 17:28 / 20.01.2022

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev müdafiə nazirinin müavini Darın Tuyakovu vəzifəsindən azad edib.

Yenisəs.az  Teleqraf.com-a  istinadla  xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

"Dövlət başçısının sərəncamı ilə Tuyakov Darın Şılbınoviç Qazaxıstan Respublikası müdafiə nazirinin müavini vəzifəsindən azad edilib”, - deyə məlumatda bildirilir.

Tokayev bir gün əvvəl bildirib ki, o, Murat Bektanovu müdafiə naziri vəzifəsindən azad edib, çünki nazir yanvar hadisələri zamanı komandanlıq qabiliyyəti nümayiş etdirə bilməyib.

Onun sözlərinə görə, Qazaxıstan Silahlı Qüvvələri "etibarsız və səriştəsiz rəhbərlik ucbatından” onların qarşısında qoyulan tapşırıqları yerinə yetirməyib.




2929 oxunub

InvestAZ