XƏBƏR LENTİ
22 May 2022
21 May 2022
21:38
20 May 2022



Qanunsuz hərbi forma geyinənlər 500 manat cərimə oluna bilər - VİDEO
HÜQUQ 17:05 / 20.01.2022

Hərbi geyimi qanunsuz daşıyanlara qarşı tədbir görülür. Bununla bağlı Hərbi polis bölmələri reydlərə başlayıb.Bəzi vətəndaşlarhərbi geyim formasını daşımaq hüququna maliki olmadığı halda bu geyimlərdən istifadə edirlər.

Yenisəs.az-ın məlumatına görə, Müdafiə Nazirliyinin hərbi polis idarəsinin rəisinin hüquq işlər üzrə köməkçisi Şirin İsmayılov Xəzər tv-yə açıqlamasında bildirib ki, hərbi xidmət keçmək haqqında əsasnaməyə görə, yalnız hərbi xidmətdə 20 il və artıq qüsursuz xidmət etmiş və silahlı qüvvələr qarşısında xüsusi xidmətləri olan şəxslərə ehtiyata və ya istefaya buraxılarkən buraxılmalarını rəsmiləşdirən rəislərin əmri ilə hərbi geyim formasını daşımaq hüququ verilə bilər.

Şirin İsmayılov onu da qeyd edib ki,hərbi geyim formasını daşıyan şəxslər səliqəli və qaydalara uyğun olaraq onun atributlarını hər hansı bir formada təhrif etmədən daşımağa borcludurlar.

"Belə halların qarşısını almaq üçün hərbi polis tərəfindən müvafiq işlər görülür. Bu qaydaların pozulması ilə bağlı olaraq İnzibati Xətalar məcəlləsində inzibati məsuliyyət nəzərdə tutulub", - deyə o əlavə edib.

Qeyd edək ki, İnzibati Xətalar məcəlləsinin 534-cu maddəsinə əsasən inzibati xətanın obyekti olmuş hərbi və xüsusi geyim forması müsadirə edilməklə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.



3206 oxunub

InvestAZ