Gecədən gileylənib, İnciyirəm səhərdən...
Bir alaçıq qurmuşam -
İçimdəki qəhərdən!..
Qan çanağı gözlərim ,
Kirpiklərim qan süzən...
Nə vaxtadək közərim -
Pardaxlansın bu düzən?!
Yerdən küsgün, göydənsə,
Yalnız sükut dərirəm ...
Allaha minnət üçün -
Ruhumu göndərirəm!
Bəlkə sən bu halımda
Dönüb mənə baxasan!
Axı , Allahdan indi -
Sən mənə çox yaxısan!...
5090 oxunub