XƏBƏR LENTİ
24 May 2022
23 May 2022



Ərdoğan açıqladı: -“İsrail baş naziri xəbər göndərib ki...”
DÜNYA 19:58 / 18.01.2022

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "EastMed” layihəsinə ("Şərqi Aralıq dənizi boru kəməri”) alternativ olaraq bölgə ölkələri ilə yeni proyektin həyata keçirilə biləcəyi ehtimalından danışıb.

Yenisəs.az  xəbər verir ki, Türkiyə lideri İsrail və digər region ölkələri ilə danışıqların davam etdiyini bildirib.

"Bərat bəy energetika və təbii sərvətlər naziri olanda da onun israilli həmkarı təkliflə gəlmişdi. İşlər də harasa yönəlmişdi. Bəlkə o zaman o işi İsraillə bağlaya bilərdik. Bəs indi onu bağlamaq ümidi yoxdurmu? Şərtlər müzakirə olunur. Çünki bu işdəki maraqlar çox vacibdir. Biz müəyyən nöqtəyə gəlmişik. İsrail Prezidenti Hersoqla görüşlərimiz olub. İsrail Baş naziri Bennett fərqli səviyyədə xəbərlər göndərir. Bildiyiniz kimi, mən bu yaxınlarda Prezident Sarayında İslam Ölkələrinin Ravvinlər Alyansının üzvlərini qəbul etdim. Əgər biz siyasətlə məşğul olacağıqsa, siyasəti dava-döyüşlə aparmaq olmaz. Siyasəti sülh xətti ilə aparmalıyıq”, - Ərdoğan qeyd edib.(teleqraf.com)



3251 oxunub

InvestAZ