XƏBƏR LENTİ
24 May 2022
23 May 2022



“Şuşaya qayıdışımız möhtəşəm olacaq” (MÜSAHİBƏ)
MÜSAHİBƏ 11:51 / 18.01.2022


Müsahibimiz Şüşada uşaq futbol komandasının yaradıcısı, tanınmış idmançı Əbülqasım Novruzovdur.

-Əbülqasım müəllim, təcavüzkar Ermənistanın 1988-ci ildən başladığı haqsız və ədalətsiz müharibə xalqımızın başına olmazın müsibətlər gətirdi. 20 faiz torpağımız işğal olundu, bir milyon soydaşımız doğma yurdlarından didərgin düşdülər.

-30 ilə yaxın bir müddətdə doğma yurdlarından didərgin düşən qaçqın və məcburi köçkünlərimiz çox əziyyət çəkdilər. Amma onların öz ev-eşiklərinə dönəcəyi günün yetişəcəyinə inamları bir an da olsun itmədi. Bu inam axır ki, reallaşdı. Azərbaycan ordusu sübut etdi ki, türkün polad iradəsini heç bir qüvvə əyə bilməz. Daim azadlığı sevən türk xalqı uzun müddət qara qüvvələrə qarşı qanlı savaşlar aparmış və istəyinə nail olmuşdur. Doğma torpağa, ana yurda, vətənə bağlılıq hissi bizə kökümüzdən gəlir. Türk övladı üçün vətən duyğusu, torpaq sevgisi, yurd istəyi bütün hisslərdən güclüdür. Türk üçün bircə müqəddəs varlıq var, o da Vətəndir.

-Hazırda güclü dövlət konsepsiyasını reallığa çevirən Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkələri sırasında yer tutub

-Tamamilə doğru deyirsiniz. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi bu 18 il ərzində ölkədə quruculuq işləri geniş vüsət almış, cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatlar həyata keçirilmişdir.

Azərbaycan dövləti 18 il ərzində uğurlu islahatlara, demokratik dəyərlərə, humanizmə söykənən sosial siyasətlə dünyanın ən müasir ordularından birini formalaşdırdı. Nəticədə tarixin qəhrəmanlıq səhifəsinə imza atan və adını bəşər tarixinin hərb sənətinə qızıl hərflərlə yazan müzəffər Ali Baş Komandan öz xalqının arzularını gerçəkləşdirməklə bərabər öz həmkarlarına örnək oldu. Cənab İlham Əliyevin düşünülmüş uğurlu siyasəti, torpaqlarımızın işğaldan azad edilməsinə və dünya dövlətləri tərəfindən ədalətli dəstəklənməsinə, işğalçının işğalçı kimi tanınmasına istiqamətlənmiş platforması müsbət nəticələrini verməyə başladı. Xalqın sabaha inamı daha da artdı, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qayıtmaq həvəsi gücləndi.

- Artıq Azərbaycan torpaqlarının işğalçılardan təmizlənməsindən bir il ötür. Bir il bundan əvvələ kimi "işğal” kəlməsi qulaqlarımızı döyənək etmişdi. 44 günlük savaşdan sonra müzəffər ordumuz "işğal” sözünü "Zəfər” kəlməsi ilə əvəzlədi. Hətta Bakıda möhtəşəm Zəfər paradı da keçirildi ki, bu da millətimizin ruhunu özünə qaytardı. Bu qürurverici hal, şərəflə yazılan bir tarix oldu.

-Öncə deyim ki, XXİ əsrdə Allah bəlkə də bizə heç zaman verməyəcəyi bir şans yaratdı. Şans yaratdı ki, biz dünya dövlətləri arasında nəyə qadir olduğumuzu sübut edək. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi sayəsində Azərbaycanın rəşadətli ordusu 44 günün içərisində 30 ilə yaxın bir müddətdə düşmənlərin tapdağı altında qalan şəhər və kəndlərimizi işğaldan azad etdi.

-Nəhayət, növbə 28 il idi ki, həsrətini çəkdiyimiz Şuşaya çatdı. Şükürlər olsun ki, ötən ilin noyabr ayının 8-də illərin bu ayrılığına, bu hicranına son qoyuldu. Biz hamımız sevindik, çünki Şuşa hamımızın qibləgahımızdır, hamımızın ruhunun məkanıdır.

-Doğru deyirsiniz, Şuşa bizim tanrı səviyyəsinə ucalan və hər yerdən görünən ziyarətgahımızdır. Bu istək, bu sevinc, bu göz yaşları da Şuşamıza sonsuz məhəbbət, tükənməz sevgi əlamətidir. Hamımızın dincliyimiz, rahatlığımız, ruhumuz ordadı. Mən Şuşadaqn müqəddəs yer tanımıram.

İndi Azərbaycanın günəşi Şuşadan doğur. Mən belə düşünürəm ki, Şuşa insanla Allah arasındakı məsafədə qərarlaşıb, ancaq insanlara Allahdan daha yaxındır.

-Eşitdiyimizə görə Şuşanı ziyarət edən ziyalılarımızın arasında siz də olmusunuz? Şuşaya qədəm qoyarkən hansı hissləri keçirdiniz və ilk olaraq hara getdiniz?

-Bu hissləri sözlə ifadə etmək mümkün deyil. Keçirdiyim hissləri təsvir etmək üçün sözün qüdrəti qarşısında acizlik çəıkirəm. O ki qaldı ilk dəfə hara getdiyimə. Fikrim bu idi ki, ilkin olaraq qəbirirstanlığa gedib şəhidlərimizə dua oxuyum. Amma düşmən düşmənliyini bildirmişdi. Qəbiristanlığımız yaman günə qoyulmuşdu.

Öz evimə getdim. Əvvəlcə tanınmadım. Evim xarabazara çevrilmişdi. Başımı evimin divarına söykəyib ağladım və gərənayladım: "Hər gecəm oldu kədər, qüssə, fəlakət sənsiz”.

-Müsahibələrinizin birində deyirdiniz ki, Şuşaya gedən kimi Cıdır düzündə futbol oynayacaqsınız.

-Bəli, demişdim, amma alınmadı. Özümlə apardığım topları, idman geyimlərini və idman ləvazımatlarını orada yaşayan uşaqlara payladım.

-Şuşaya əbədi qayıdışdan sonrakı işləriniz barədə

-Əvvəlki şuşalı günlərimizdə olduğu kimi uşaq futbolunun inkişafını davam etdirəcəyəm. Şuşanın "Qala” futbol komandasını bərpa edib respublikamızda yarışlara qoşulacağıq. Şuşaya qayıdışımız möhtəşəm olacaq. İnşallah!

-Əbülqasım müəllim, sizə arzularınınızın tezliklə kerçəkləşməsini diləyirik.

-Sağ olun.

              Söhbətləşdi Faiq Şükürbəyli,

             Azərbaycan Jurnalistlər Birliyinin üzvü


3914 oxunub

InvestAZ