XƏBƏR LENTİ
22 May 2022
21 May 2022
21:38
20 May 2022



İrəvan Ankara ilə danışıqlarda şərtini açıqladı
DÜNYA 09:49 / 18.01.2022

İrəvan Türkiyə ilə ikitərəfli münasibətlərin normallaşdırılması imkanlarına dair daha məzmunlu müzakirələr gözləyir.

Yenisəs.az  Report-a istinadən xəbər verir ki, bunu Ermənistanın Türkiyə üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan deyib.

"İrəvan növbəti görüşdə Ankara ilə daha məzmunlu danışıqların olacağını gözləyir. Əgər gündəm kifayət qədər ciddi və məzmunlu olarsa, o zaman müxtəlif görüşlər və ya onların keçirilməsi formatları haqqında düşünə bilərik. Amma məncə, bu mövzu haqqında danışmaq tezdir”, - Rubinyan bildirib.

Onun sözlərinə görə, rəsmi İrəvan substantiv danışıqların aparılmasında maraqlıdır:

"Əsl problem, ilk növbədə, sərhədlərin açılmasıdır. İkincisi, diplomatik münasibətlərin qurulması. Biz mümkün olan hər şeyi edirik”.


6012 oxunub

InvestAZ