DİN əməkdaşlarının əldə edilən məlumatlar əsasında həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində yanvarın 17-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 10 ədəd ov tüfəngi götürülüb.
Bu barədə məlumat Yenisəs.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilib.
Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.