XƏBƏR LENTİ
22 May 2022
21 May 2022
21:38
20 May 2022



Əbülfət MƏDƏTOĞLU : - CIĞIR AÇIR
Ədəbiyyat 09:14 / 18.01.2022
Mən özü-özümlə danışan adam-
Səsim dörd divarda ağ cığır açır...
Dilimin ucundan ürəyiməcən -
Adın da səsbəsəs bax, cığır açır...

Ruhuma su səpir, gözümə işıq
Payıma çəkilir ümid bir qaşıq ...
Özün şəkilinlə ovudan aşiq -
Hiss etmir köksündə dağ, cığır açır...

Nuhlamı yaşıtdı mənim kədərim
Ondan nə gözləyim, ondan nə dərim...
Münbit yer tapıbdı təklik -qədərim
Qəlbimdə tağlanıb, tağ , cığır açır...

Özümlə danışıb doyana qədər
Söhbətin ruhunu duyana qədər...
Yaş ilə üzümü yuyana qədər -
Mənim varlığımda ah cığır açır...


3413 oxunub

InvestAZ