Mən özü-özümlə danışan adam- Səsim dörd divarda ağ cığır açır...
Dilimin ucundan ürəyiməcən -
Adın da səsbəsəs bax, cığır açır...
Ruhuma su səpir, gözümə işıq
Payıma çəkilir ümid bir qaşıq ...
Özün şəkilinlə ovudan aşiq -
Hiss etmir köksündə dağ, cığır açır...
Nuhlamı yaşıtdı mənim kədərim
Ondan nə gözləyim, ondan nə dərim...
Münbit yer tapıbdı təklik -qədərim
Qəlbimdə tağlanıb, tağ , cığır açır...
Özümlə danışıb doyana qədər
Söhbətin ruhunu duyana qədər...
Yaş ilə üzümü yuyana qədər -
Mənim varlığımda ah cığır açır...
7518 oxunub