XƏBƏR LENTİ
26 May 2022
25 May 2022
24 May 2022



Yardımlıda avtomobil dərəyə aşdı: Ölən və yaralananlar var
KRİMİNAL 18:52 / 17.01.2022

Yardımlı rayonunda avtomobil dərəyə aşıb, ölən və yaralananlar var.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, yanvarın 16-sı saat 13:00 radələrində rayonun Şıxlar kəndi ərazisində Keçələkəran kənd sakini R.Qənbərov idarə etdiyi "Chevrolet” markalı avtomobili dərəyə aşırıb.

Nəticədə avtomobildəki sərnişinlərdən İlqar Əsədov hadisə yerində ölüb, sürücü və iki sərnişin xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağırdır.

Faktla bağlı Yardımlı Rayon Polis Şöbəsində araşdırma aparılır.


3441 oxunub

InvestAZ