XƏBƏR LENTİ
29 May 2022
28 May 2022
27 May 2022



Peskov: “NATO sülh göyərçini deyil, qarşıdurma silahıdır”
DÜNYA 13:01 / 17.01.2022

Rusiya prezidentinin mətbuat katibi NATO-nu qarşıdurma silahı adlandırıb və qeyd edib ki, birlik sülh və sabitlik göyərçini deyil.

Yenisəs.az Kommersant.ru-ya istinadən xəbər verir ki, Dmitri Peskov CNN (ABŞ) telekanalına müsahibə verib: "Ukraynada Rusiya ordusu yoxdur. Donbassda rus qoşunları yoxdur, rus qoşunları yalnız Rusiya ərazisində var”.

O, Rusiya - Ukrayna - NATO arasındakı münasibətlərlə bağlı deyib ki, Rusiya Ukraynaya görə heç kimi hərbi əməliyyatla hədələmir, əksinə, Rusiya ancaq cavab tədbirləri görməyə hazır olacaq. Rusiya ilə NATO arasında münasibətlər birliyin Ukraynaya doğru irəliləməsi səbəbindən qırmızı xəttə yaxınlaşıb: "Biz Ukraynanın NATO tərəfindən tədricən işğalını müşahidə edirik. Hadisələrin bu cür gedişatı Moskva ilə birliyin əlaqələrini qırmızı xəttə gətirib çıxarıb. Rusiya daha buna dözə bilməz”, - deyə Peskov bildirib.

Qeyd edək ki, dünya mətbuatı hazırda 2022-ci ilin əvvəlindən başlayaraq Rusiyanın Voronej vilayətindəki "Baltimor” aviabazasına 24 Su-34 qırıcı-bombardmançıları yerləşdirməsindən yazır. Aviabaza Ukrayna sərhədlərindən cəmi 180 kilometr məsafədədir və orada yerləşdirilən 4++ nəsil qırıcı-bombardmançılar Rusiyanın bu ölkəyə gözlənilən hücumu zamanı cəmi bir neçə dəqiqə ərzində havaya qalxıb Ukrayna ərazisindəki hədəflərə hava zərbələri endirə bilər. Məlumata görə Rusiyanın Uzaq Şərqindən Ukrayna sərhədlərinə doğru "İsgəndər-M” operativ-taktiki raket kopleksləri daşınır. "Conflict Intelligence Team” (CIT) layihəsi şahidlərdən biri tərəfindən çəkilən və bir neçə gün əvvəl Uzaq Şərqdə dəmir yol eşalonlarına yüklənən "İsgəndər-M” komplekslərinin görüntülərinin əks olunduğu videokadrları yayıb.


6360 oxunub

InvestAZ