XƏBƏR LENTİ
24 May 2022
23 May 2022



Dünyanın ən təhlükəli haker qrupu dağıldı – Rusiyada şok əməliyyat
DÜNYA 19:19 / 16.01.2022

Beynəlxalq şirkətlərdən tutmuş ABŞ prezidentlərinə qədər bir çox nüfuzlu şəxsə və qurumlara kiberhücum təşkil edən "REvil-Ransomware Evil” haker qrupu rəsmən yox edilib.

Yenisəs.az  bildirir ki, Rusiya Federal Təhlükəsizlik Xidmətindən verilən açıqlamada haker qrupunun əməliyyatla dağıldığı bildirilib.

Əməliyyatda qrupun ələ keçirilən üzvlərinin həbs edildiyi deyilib. Dünyanın ən böyük haker şəbəkəsi olan "REvil”in dağıldığı xəbəri texnologiya nəhənglərini sevindirib. Əməliyyatda hakerlərin aktivləri də ələ keçirilib. Rusiya Təhlükəsizlik Xidməti ümumilikdə 600 min dollar kripto valyuta, 426 milyon rubl, ümumilikdə 5.5 milyon dollar müsadirə edərək götürüb.

Təhlükəsizlik Xidməti həmçinin 20 premium avtomobili ələ keçirdiyini açıqlayıb.

FSB-nin əməliyyatla bağlı ətraflı məlumat verib-verməyəcəyi bəlli deyil. Qrupun bundan sonra nə vaxtsa yenidən bir araya gəlib-gəlməyəcəyi məlum deyil.(teleqraf.com)



5741 oxunub

InvestAZ