XƏBƏR LENTİ
29 Yanvar 2022
28 Yanvar 2022
27 Yanvar 2022



Sərnişin avtobusu ilə minik maşını toqquşdu
KRİMİNAL 07:54 / 12.01.2022

Bakının Yasamal rayonu Məhəmməd Xiyabani küçəsində "Kral-Transport” MMC-nin müvəqqəti istismarında olan 39 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobus qəzaya uğrayıb.

BNA-dan  verilən xəbərə görə, hadisə "Ətçilər bazarı” adlanan ərazidə baş verib.

99 JZ 710 dövlət qeydiyyat nömrəli avtobus svetofordan keçən zaman qırmızı işıqdan keçən "Toyota Prius” markalı minik avtomobili ilə toqquşub.

Hadisə nəticəsində avtobusda olan sərnişinlərdən heç kim xəsarət almayıb.

Minik avtomobilin sürücüsünün yüngül xəsarət aldığı bildirilir.


2899 oxunub

InvestAZ