XƏBƏR LENTİ
13 Avqust 2022
12 Avqust 2022
11 Avqust 2022



XİN: Ermənistan rəhbərliyi gərginliyə görə məsuliyyət daşıyır
Gündəm 07:48 / 12.01.2022

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın Kəlbəcər istiqamətində növbəti təxribatı barədə məlumat yayıb.

Yenisəs.az  bildirir  ki,   məlumatda deyilir:

"Azərbaycan Müdafiə Nazirliyinin məlumat verdiyi kimi, 11 yanvar 2022-ci il tarixində Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuz, əsgər Nəzərov Ayaz Azər oğlu şəhid olub.

Ermənistan tərəfinin hərbi təxribatları davam etdirməsini qətiyyətlə pisləyirik.

İki dövlət arasında münasibətlərin normallaşması istiqamətində addımlar atmaq əvəzinə, dövlət sərhədində növbəti qanlı təxribatı törətməklə Ermənistanın hərbi-siyasi rəhbərliyi bölgədə vəziyyətin gərginləşdirilməsinə görə bilavasitə məsuliyyət daşıyır.

Allah Şəhidimizə rəhmət eləsin!"


Müəllif: Teleqraf.com

12221 oxunub

InvestAZ