XƏBƏR LENTİ
13 Avqust 2022
12 Avqust 2022
11 Avqust 2022



Rusiya və ABŞ razılığa gələ BİLMƏDİ
DÜNYA 01:34 / 11.01.2022

Cenevrədə Rusiya və ABŞ arasında təhlükəsizlik zəmanətləri üzrə danışıqlar zamanı tərəflər NATO-nun genişlənməməsi məsələsində irəliləyişə nail ola bilməyiblər. 

Yenisəs.az  bildirir  ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

Bu, Rusiyanın dekabrda irəli sürdüyü əsas təkliflərdən biri idi.

"Biz Qərbin təqdim olunan bir sıra məsələlərdə çeviklik nümayiş etdirəcəyini gözləmirik”, - deyə o, danışıqlardan sonra keçirilən brifinqdə bildirib.

Nazir müavinin sözlərinə görə, NATO-nun genişlənməməsi mövzusu "Amerika tərəfinin çox ciddi etirazlarına” səbəb olub. 

Ryabkov xüsusilə vurğulayıb ki, Rusiya üçün ən vacib məsələ Ukrayna və Gürcüstanın Alynasa daxil olmamasıdır.

"Bizə hüquqi öhdəliklər, vədlər yox, təminatlar lazımdır. Haqqında danışdığım ölkələr NATO-ya üzv olmamalıdır, bu, Rusiyanın milli təhlükəsizlik məsələsidir”.

ABŞ dövlət katibinin müavini Vendi Şerman danışıqlardan sonra bildirib ki, ABŞ yeni ölkələrin NATO-ya daxil olmasını məhdudlaşdırmaq niyyətində deyil: "Biz heç kimin başqa ölkə üçün NATO-ya qapını bağlamasına icazə verməyəcəyik” .


8878 oxunub

InvestAZ