XƏBƏR LENTİ
13 Avqust 2022
12 Avqust 2022
11 Avqust 2022



Rusiyanın Qazaxıstana ordu yeritməsinin “səbəb”i... – Nazarbayevin müşaviri
DÜNYA 01:27 / 11.01.2022

Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin keçmiş müşaviri Ərməhəmməd Yertışbayev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Rusiya qüvvələrinin ölkəyə yeridilməsi ilə bağlı Qərbin narahatlığından danışıb.

 O, həmçinin   bu narahatlığının bir sıra səbəblərinin olduğunu da  deyib.

Yertışbayevin sözlərinə görə, Qərb ölkələri, Avropa İttifaqı və ABŞ Qazaxıstana böyük maraq göstərirlər, çünki onlar ölkəyə təxminən 376 milyard dollar sərmayə qoyublar: "Buna görə də KTMT qoşunlarının Qazaxıstana yeridilməsi indi bütün Qərbi hiddətləndirib”.

Yertışbayev Qazaxıstanda baş verən iğtişaşlara görə də xarici qüvvələri ittiham edib:

"Rusiyanın arxa tərəfində "qızğın ocaq” yaratmaq üçün bunu etmək lazım idi, çünki Rusiya gələn həftə Amerika Birləşmiş Ştatları, NATO ilə sərt danışıqlara başlayacaq”.

O, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin hər şeyi düzgün etdiyini söyləyib.(teleqraf.com)



13492 oxunub

InvestAZ