Hər gecə ağlayıb yatan , Yuxusuz bəndəyəm, bəndə...Özün xatirəyə atan -
Dənizdə batmaq var , məndə!
Kimsə döyməyən qapımın ,
Açar, kilidi də mehdi...
Fərqinə varma halımın -
Kirpiklərimdəki şehdi...
Yuxunu ələyən gözüm ,
Sonrada yuyub qurudur...
Allah da bilir, göz yaşım -
Bütün sulardan durudur!
Məni yuxusuz edən də -
Uzaqdan baxıb əl çalır...
Mənim qismətimə düşən ,
Yuxu da yuxusuz qalır...
14939 oxunub