XƏBƏR LENTİ
10 Avqust 2022
09 Avqust 2022



Bərdədə ağır qəza: Ölən və yaralananlar var
MƏMLƏKƏT 20:19 / 10.01.2022

Bərdə rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Yenisəs.az Teleqraf.com-a  istinadla xəbər verir ki, hadisə rayonun Qaradəmirçi kəndində qeydə alınıb.

"Mercedes" markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb. Qəza nəticəsində 1 nəfər ölüb, 3 nəfər ağır yaralanıb.

1960-cı il təvəllüdlü Əsədov Əliağa Kazım oğlu aldığı ağır xəsarətlər nəticəsində yerindəcə həyatını itirib. 2006-cı il təvəllüdlü Əhmədli Nihat Taleh oğlu, 1990-cı il təvəllüdlü Hacıyev Nazir Araz oğlu,1965-ci il təvəllüdlü Əkbərov Arif Kamran oğlu müxtəlif dərəcədə bədən xəsarətləri alıblar.

Yaralılar Bərdə Rayon Mərkəzi xəstəxanasına çatdırılıb. Vəziyyətləri orta ağır qiymətləndirilir.


13707 oxunub

InvestAZ