XƏBƏR LENTİ
13 Avqust 2022
12 Avqust 2022
11 Avqust 2022



Narkotik vasitənin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücü saxlanılıb
KRİMİNAL 17:55 / 10.01.2022

Ağdaş Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri növbəti tədbir zamanı narkotik vasitənin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan müəyyən edilib.


DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan   Yenisəs.az-a verilən məlumata görə, "VAZ-2106” markalı avtomobilin sürücüsü yol-hərəkəti qaydalarını pozduğu üçün saxlanılıb.Nəqliyyat vasitəsini idarə edən Ramin Əfəndiyevin narkotik vasitənin təsiri altında olması ehtimal edildiyindən o, bölməyə gətirilib və müayinədən keçirilib.Müayinənin də nəticəsinə əsasən sürücünün marixuana qəbul edib, sərnişindaşıma fəaliyyəti ilə məşğul olduğu sübuta yetirilib.


R.Əfəndiyev barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.


14631 oxunub

InvestAZ