XƏBƏR LENTİ
26 May 2022
25 May 2022
24 May 2022



Qarsda "Qarı yorğan edənlər" heykəlinin açılışı oldu
Maraqli 09:04 / 09.01.2022

Türkiyədə Sarıqamış şəhidlərinin xatirəsinə təşkil olunan anım mərasimləri davam edir.

Yenis's/az  xəbər verir ki, yanvarın 8-də Cıbıltəpə Xizək Mərkəzində düzəldilən "Qarı yorğan edənlər” heykəlinin açılışında gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu, ailə və sosial xidmətlər naziri Dərya Yanık, Qarsa valisi Türkər Öksüz, yerli hərbi birliklərin komandanları, millət vəkilləri, Bayburt, Muş və Ağrı universitetlərinin kollektivi, bölgə ictimaiyyətinin təmsilçiləri, ölkənin dörd bir tərəfindən gələn ziyarətçilər iştirak ediblər.

"Qarı yorğan edənlər” heykəlinin önünə tər çiçəklər düzülüb, 107 il əvvəl şaxtalı hava səbəbindən baş verən faciənin qurbanları ehtiramla yad edib.

Xatırladaq ki, Osmanlı Ordusu Birinci Dünya müharibəsində - 1914-cü il dekabrın 22-dən 1915-ci il yanvarın 6-dək davam edən Sarıqamış əməliyyatı nəticəsində mürəkkəb hava şərtləri səbəbindən minlərlə itki verib. Faciədən 107 il keçsə də, Sarıqamış şəhidlərinin xatirəsi Türkiyə xalqı tərəfindən dərin ehtiramla anılır. Hər il Türkiyə xalqı əziz şəhidlərinin xatirəsini böyük acı ilə qeyd edir. "Qarı yorğan edənlər” qar heykəlinin yaradılması üçün Cıbıltəpə Xizək Mərkəzinə təxminən 200 yük maşını qar daşınıb.



7069 oxunub

InvestAZ