XƏBƏR LENTİ
29 Yanvar 2022
28 Yanvar 2022
27 Yanvar 2022



Əbülfət MƏDƏTOĞLU : - NƏ QƏDƏR Kİ...
Ədəbiyyat 08:57 / 09.01.2022
Yanaqlarım göynəyir
Dodaqlarımda çat var...
Həsrətim qabıq qoyub,
Bilinmir neçə qat var...

Söz gəlib meydən düşüb,
Düşünmə, göydən düşüb...
Yorulub,heydən düşüb -
Güllələnməli at var!..
Bu odun közü üstə,
Düşərəm üzü üstə!
Sən şahın dizi üstə -
Mənim kimi bir mat var...

Ruhumun yaylağında,
Dərd sərib qaymağın da!..
Həsrətin oylağında -
Həm üst, həm də ki, alt var!..

... Gözü gözümdə , bəndə
Özü özümdə bəndə!
Olacaqsan sən, məndə -
Nə qədər ki,həyat var!..


3537 oxunub

InvestAZ