XƏBƏR LENTİ
29 May 2022
28 May 2022
27 May 2022



“Türkiyə-Rusiya əməkdaşlığı atəşkəsin davamlılığına töhfə verir” - Hulusi Akar
SİYASƏT 22:00 / 08.01.2022

"Biz vəziyyətə nikbin baxırıq, atəşkəs pozuntuları getdikcə azalır".

Yenisəs.az  bildirir  ki, "Unikal"-ın "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar media təmsilçiləri ilə görüşündə deyib.
Azərbaycanla hərbi əməkdaşlığın davam etdiyini bildirən nazir ötən ilin yanvarın 30-dan etibarən atəşkəsə nəzarət üçün Rusiya ilə ortaq mərkəz yaradıldığını xatırladıb. Orada atəşkəs pozuntularının nəzarət altına alındığını qeyd edən Hulusi Akar bunları deyib: "Vəziyyətə nikbin baxırıq. Atəşkəs pozuntuları getdikcə azalır. Sabitlik daha əhatəli olur. Ümid edirik ki, qarşıdakı günlərdə çox daha stabil vəziyyət yaranacaq. Burada Türkiyə-Rusiya əməkdaşlığının uğurlu olduğunu, atəşkəsin davamlılığına töhfə verdiyimizi görürük".

Ərazilərin mina və digər partlayıcı sursatlardan təmizlənməsi üçün Azərbaycanla əməkdaşlıq etdiklərini qeyd edən Hulusi Akar, burada sülhün daimi olmasının həm Xəzər, həm də Qara dəniz regionunda müsbət təsirləri olacağını bildirib.


4209 oxunub

InvestAZ