XƏBƏR LENTİ
29 May 2022
28 May 2022
27 May 2022



Tokayev terrorçulara qarşı xəbərdarlıq etmədən atəş açmaq əmri verib
SİYASƏT 18:00 / 07.01.2022

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hüquq-mühafizə orqanlarına və orduya terrorçulara qarşı xəbərdarlıq etmədən birbaşa atəş açmaq əmri verib.


Yenisəs.az-ın məlumatına görə, bu barədə prezident bu gün xalqa müraciətində deyib.


Bundan başqa, o bildirib ki, Qazaxıstan rəhbərliyi terrorçularla danışıqlar aparmaq niyyətində deyil:

"Xaricdən tərəflərə problemlərin dinc yolla həlli üçün danışıqlara başlamaq çağırışları səslənir. Terrorçularla, qatillərlə hansı danışıqlar ola bilər? Biz silahlanmış və hazırlıqlı quldurlarla üz-üzəyik", - deyə K.Tokayev bildirib.


Qeyd edək ki, Qazaxıstan prezidenti antiterror əməliyyatının terrorçuların məhv olunmasınadək davam edəcəyini bildirmşdi.


7246 oxunub

InvestAZ