XƏBƏR LENTİ
26 May 2022
25 May 2022
24 May 2022



584 nəfər COVID-19-a yoluxub, 13 nəfər vəfat edib
Sağlamlıq 21:24 / 06.01.2022

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 584 yeni yoluxma faktı qeydə alınıb, 851 nəfər müalicə olunaraq sağalıb.


Nazirlər Kabineti yanında Operativ Qərargahdan Adalet.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib.


İndiyədək ölkədə ümumilikdə 619 502 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 603 906 nəfər müalicə olunaraq sağalıb, 8 422 nəfər vəfat edib, aktiv xəstə sayı 7 174 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 044, ötən müddət ərzində isə ümumilikdə 5 911 227 test aparılıb.


4721 oxunub

InvestAZ