XƏBƏR LENTİ
26 May 2022
25 May 2022



Bu tarixdə pensiyalar ödəniləcək
MƏMLƏKƏT 11:11 / 06.01.2022

Yanvarın 11-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənişinin həyata keçirilməsi nəzərdə tutulub.


Bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.


Bildirilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları qrafik üzrə bu ay ödəniləcək.


Qeyd edək ki, ölkəmizdə növbəti sosial islahat paketinin tərkib hissəsi kimi, Prezident İlham Əliyevin təsdiq etdiyi yeni qanunla minimum aylıq əmək pensiyasının məbləği 2022-ci ilin əvvəlindən 20% artımla 200 manatdan 240 manata çatdırılıb. Minimum pensiyanın artırılması 65 min pensiyaçını əhatə edir. Onlardan 44 min şəxsin pensiyaları artırılaraq 240 manata çatdırılıb. Digərləri isə il ərzində pensiyaya çıxacaq şəxslər olacaq ki, onlara təyin edilən pensiyanın minimum məbləği artıq 200 deyil, 240 manat təşkil edəcək. Artım üçün illik 13,2 milyon manat əlavə vəsait ayrılıb.


8125 oxunub

InvestAZ