XƏBƏR LENTİ
26 May 2022
25 May 2022
24 May 2022



Baydenin təyyarədən çovğununa düşdü
Maraqli 08:54 / 04.01.2022

ABŞ Prezidenti Co Bayden Delaverdə bir neçə gün Yeni il tətilini keçirdikdən sonra Vaşinqtona qayıdarkən təyyarəsi şiddətli qar çovğunu ilə üzləşib.

Yenisəs.az  bildirir ki,  bu   məlumatı    Ağ Evin mətbuat xidməti "Twitter” səhifəsində paylaşıb.

Həmin   paylaşımda , yəni  prezidentin təyyarəsinin Merlin ştatındakı Endryus aviabazasına enişini əks etdirən  videoda  dövlət başçısının şiddətli çovğunda qaldığı görünür. Təyyarə endikdən sonra Baydenin hərəkəti üçün zolağın qardan təmizlənməsi təxminən yarım saat çəkib.

Prezident təyyarədən enərkən güclü külək nərdivanı bir qədər yırğalayıb. ABŞ lideri dərhal maşına əyləşib və oradan uzaqlaşıb.

Qeyd edək ki, yerli Milli Meteoroloji Büro avtomobil sürücülərini qar fırtınası ilə bağlı xəbərdar edib. Bildirilib ki, bazar ertəsi günortadan sonra 30 sm-ə qədər qar yağıntısı gözlənilir.

Proqnoza görə, mənfi dərəcə həftənin sonuna qədər davam edəcək. Qar yağması səbəbindən federal təşkilatların ofisləri bağlanıb, yalnız fövqəladə hallar üzrə xidmətin əməkdaşları işləyirlər. Vaşinqtonda bir çox məktəb bağlanıb.


6055 oxunub

InvestAZ