XƏBƏR LENTİ
26 May 2022
25 May 2022
24 May 2022



Daha 3 qazi müalicə üçün Türkiyəyə göndərilib
Sağlamlıq 15:14 / 27.12.2021

Daha 3 qazimiz "YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib.


Fonddan   Yenisəs.az-a verilən məlumata görə, ağır yaralanan daha 3 qazimiz
Xəlilov Saleh Aydınəli oğlu, Əliyev Qüdrət Məhəmməd oğlu və Babayev Orxan Səfər oğlu müalicə üçün Türkiyəyə yola salınıb.


"YAŞAT" Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək.

"YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.

Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.

Xatırladaq ki, Fond tərəfindən bu günə qədər 157 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 116-sının müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.


10713 oxunub

InvestAZ