XƏBƏR LENTİ
26 May 2022
25 May 2022



Komando kursunu bitirən hərbçilərimiz vətənə qayıtdılar - VİDEO
MƏMLƏKƏT 11:35 / 27.12.2021

Mübariz Azərbaycan ilə Türkiyə arasında imzalanmış "Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında” müqavilə çərçivəsində qardaş ölkənin İsparta şəhərində keçirilən növbəti "Komando hazırlığı" kursunu müvəffəqiyyətlə bitirən hərbçilərimiz Vətənə qayıdıblar.

Bu barədə Adalet.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, iki qardaş ölkə arasında mövcud hərbi əməkdaşlıq çərçivəsində hərbi qulluqçularımızın müvafiq kurslarda iştirak etməsində əsas məqsəd Əməliyyat (Komando) bölmələrinin döyüş qabiliyyətinin və şəxsi heyətin peşəkarlıq səviyyəsinin daha da yüksəldilməsidir.

 


22405 oxunub

InvestAZ