XƏBƏR LENTİ
24 May 2022
23 May 2022



Əməkdar jurnalist vəfat etdi
MƏDƏNİYYƏT 10:36 / 27.12.2021

Yazıçı-publisist, Əməkdar jurnalist Əhməd İsayev vəfat edib.


Yenisəs.az-ın məlumatına görə, o, ürək çatışmazlığından dünyasını dəyişib.


Qeyd edək ki, o, 30 avqust 1940-cı ildə Zaqatala rayonunun Suvagil kəndində anadan olub. Orta məktəbi bitirən kimi təsərrüfatda əmək fəaliyyətinə başlayıb.


Ə.İsayev 1964-cü ildən Azərbaycan Jurnalistlər İttifaqının, 1992-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Əməkdar jurnalisti (1987), "Qızıl qələm” (1974), "Ustad” ali jurnalistika (1995), "Həsən bəy Zərdabi” (1996) və "Araz” (1999) ali ədəbi mükafatları laureatı, 2003-cü ildən AKTA-nın fəxri doktoru, 1992-ci ildən "Gəncə və gəncəlilər” Xeyriyyə Cəmiyyətinin sədri olub.(oxuaz)


30301 oxunub

InvestAZ