İsrail Səhiyyə Nazirliyi koronavirusun müalicəsi üçün "Paxlovid” dərmanının istifadəsinə icazə verib.
Yenisəs.az bildirir ki, bu barədə məlumatı nazirliyin mətbuat xidməti yayıb.
Məlumata əsasən, həmin dərman "Pfizer" şirkəti tərəfindən istehsal edilib:
"Səhiyyə Nazirliyi "Paxlovid" dərmanının istifadəsi üçün təcili icazə verib. Səhiyyə Nazirliyi və "Pfizer" şirkəti Paxlovid dərmanının alınması üzrə müqavilə imzalayıblar. Dərmanın yaxın günlərdə İsrailə göndəriləcəyi gözlənilir".