XƏBƏR LENTİ
24 May 2022
23 May 2022



501 nəfər COVID-19-a yoluxub,15 nəfər vəfat edib
Sağlamlıq 20:26 / 25.12.2021

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 501 yeni yoluxma faktı qeydə alınıb, 1 092 nəfər müalicə olunaraq sağalıb.


Nazirlər Kabineti yanında Operativ Qərargahdan   Yenisəs.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.


İndiyədək ölkədə ümumilikdə 614 119 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 593 920 nəfər müalicə olunaraq sağalıb, 8 284 nəfər vəfat edib, aktiv xəstə sayı 11 915 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 887, ötən müddət ərzində isə ümumilikdə 5 808 380 test aparılıb.


7026 oxunub

InvestAZ