XƏBƏR LENTİ
25 İyun 2022
24 İyun 2022
23 İyun 2022



YAMAN OLURMUŞ ANLAMAQ DƏRDİ - FƏRİDƏ RƏHİMLİ
YAZARLAR 09:13 / 24.12.2021

Gəl, əl-ələtutub gedək,

Gedək biz olmayan yerə.

Hər dərdi unudub gedək

Dərdimiz olmayan yerə.


R.Rövşən



Bu dünyada bizim çox dərdlərimiz var - Araz dərdi, Vətən dərdi, torpaq dərdi,namus dərdi, sevgi dərdi, bir parça çörək qazanmaq dərdi, külli miqdarda  pulları harada gizlətmək dərdi, qonşu niyə məndən qabağa getdi fikri, hətta   kişilərin faciəyə çevirdiyi, qadınları anlamaq dərdi və sair. Komik bir deyim də  var: Hərənin dərdi özünə dəvə yüküdü.


Bu dünyada anlamaq  deyilən bir dərd də var, bütün dərdlərin ən böyüyü, çəkilməzi ki, bu dərdi  zaman-zaman anlayışlı, həssas, duyğulu insanlar çəkib, bəzən də çəkə bilməyib, dünyadan nakam köçüblər.

Paqaniniyə xoşbəxtlik  haqda sual verəndə o, təxminən belə cavab vermişdi: "Xoşbəxt o insandı ki,onun anlayanı var".


Anlamaq insana Tanrı tərəfindən verilən elə bir nemət, elə bir mənəvi sərvət, elə bir ziynət və  elə bir əziyyətdir ki, o ilahi vergini heç  bir yolla əldə etmək mümkün deyil. O, hər adama da nəsib olan deyil. Onunüçün də o nemətdən nəsibini almış insanlar ətrafındakılarda onu görməyəndə  darılır, tıncıxır, yaşam tərzi çətinləşir, cəfaya dönür.


Yazıçı Anar bunuCəlil Məmmədquluzadənin həyatından bəhs edən "Anlamaq dərdi" əsərində  məharətlə açıb göstərib. Qələmi, işıqlı fikirləri, gözəl bədii və publisist əsərləriilə xalqına uzun illər boyu xidmət göstərən Mirzə Cəlilin başı olmazın müsibətlər çəkdi bu dərddən!


Sabirin tənqid hədəfləri  indi də azalmır, əksinə, artır. Çünki ədəbiyyat dərdi göstərir, yaxşı ifadə edir,ancaq onu aradan qaldırmaq insanlardan tələb olunur. İnsanı məhv etsələr də  onun mənəvi sərvətini məhv edə bilmirlər. Bu mənada insanın daxili aləmi həddən  artıq zəngin, əhatəli olmalıdır. İnsanı nə qədər dərindən öyrənsən də yetmir,az olur. İnsan bir sirrdi, insan deyilən müəmma, mürəkkəblik yüzə yüz öyrənilə  bilmir. Əvvəllərə nisbətən bu əsrdə insan idrakı çox inkişaf etsə də, heç vaxt  sona çatmır və çatmayacaq da. Odur ki, Füzulinin kamil insanına nə qədər yaxın  olsaq da, tam o insan ola bilmirik. Çünki bizim çağımızda dərdi anlamaq üçün həmdərdlik  yolu bəs etmir. Özünü özgənin yerinə  qoymaqla nə baş verdiyini anlamaq bəs eləmir. Dərdi anlamaq üçün dəyərləri  anlamaq, insan mənəviyyatını görmək, qiymətləndirmək lazımdır. Sənin başına gəlməsə  də, dərdlini bilməlisən, görməlisən, anlamağa çalışmalısan, deməlisən. Bizim  dövrümüzdə dərdləri, problemləri, ağrıları anlamaq üçün özünü bunu yaşayan özgələrin  yerinə qoymaq doğrudan da çətinləşib. Mirzə Cəlilin"Danabaşlarından", Sabirin nadanlarından Füzulinin kamil insanı   arasındakı yolda heç dəyişmədi insanımız. Onların yaşadığı anlamaq dərdi bu gündə aktualdı. Anlamazlıq dərdi baş alıb gedir, insanlara əsəb, rahatsızlıq, ürəkağrıları, qanqaralıq, təəssüf hissini yaşadır. Qəribəsi isə odur ki, hər kəs"anlamazlıq dərdi"ndən şikayət  edir.


Bəzən haqlı  olduğunu sübut eləmək üçün haqlı olmaq bəs  eləmir adama, elə buna görə də anlayışlı insanlar üçün həyatın bütün dönəmlərində  yaşamaq həmişə çətin olur...


Ədəbi mühitdə"Dərd şairi" kimi qəbul olunmuş, şair-publisist, Əməkdar jurnalistƏbülfət Mədətoğlunun yazısından bir parça: "...Dünyanın namərd olduğunu eşitmişdim. Sonra bu namərdliklə zaman-zaman üz- üzə gəldim. Lap sonra da o namərdliyin  qurbanlarından birinə çevrildim. Əvvəlcə doğulduğum kəndi, ev-eşiyi itirdim -dünya səsimə səs vermədi. Qaçqınçılıq yaşadım - dünya hayıma çatmadı. Dostların  yarpaq tökümü başladı dünyanın tükü tərpənmədi...".


Bəli, kimsə kimsənin  dərdini çəkmək fikrində deyil. Nəinki dərdini çəkmək, o dərdi anlamaq həvəsində,gücündə də deyil. Bu günkü həyatımızda hər kəs ancaq daha çox maddiyata sahib  olmaq, bir-birindən önə keçmək, irəli gedənin ətəyindən yapışmaq, geridə qalanıda qəbul etməmək kimi naqis duyğularla yaşayır. Mənəviyyat, gözəl insani  keyfiyyətlər "qarından" önəmsiz olub artıq.

İmkanlının özü də,sözü qanun olur. İmkansızın səsi belə duyulmur, "bizdən olmayanlar"  hesab olunur. O, ətəklərindən yapışdıqları vəzifədən, söz sahibliyindən məhrum  olub, yıxılanda isə, həya etmədən üstünə baltayla gəlirlər. Tənqid edirlər, lənətləyirlər,sanki illərlə xalqın qanını soran o, "yıxılan" bunların gözü  qarşısında fəaliyyət göstərmirmiş, Aydan gəlibmiş...


Amma Allah hər kəsə  bir sınaq meydanı verir, kiminə vəzifəylə, pulla, kiminə kasıbçılıqla. Hər kəsində - vəzifəlinin bu imkandan necə istifadə etməsi sınağı, kasıbın yoxluqdan asi  düşüb-düşməyəcəyi sınağı. Nə xoşbəxtdi bu sınaqdan üzüağ çıxanlar!

Amma çox təəssüfki, bu qədər bəsit görünənləri çoxları anlamaq iqtidarında deyil.


Sağda mələk  savab yazır,

Solda mələk  günah yazır.

Sağdakı boş-bekar  durub,

Soldakı bir  kitab yazır.


Bir kitab  günahın altından qalxmaq zamanı da gələcək. O zaman vay halımıza!


Qəbiristanlığa  gedəndə bir anlıq ölümü düşünürük, dünyanın fa  düşüncələr qəbiristanlığın hasarından bayıra çıxa bilmir ki, bilmir. Buna bənzər  halı televiziyada yayımlanan "Rezonans" verilişini seyr edəndə də  keçirmək  olur. Dustaqları görən insanlar bir anlıq sonu həbsxana ilə bitən pis əməllərdən  qorxur, bu qorxu da verilişin sonunda tərk edir onları - türklər demiş: huylu  huyundan qalmaz. Ancaq vəzifə sahiblərini də hərdən türmələrə aparmaq lazimdiki, nəticə çıxarsınlar...

Anlamaq dərdinin  çox əzabları var. O əzabla yaşayanlar anlatmağa çalışır, çalışır, yorulub   susurlar, tənhalığa qapılır, bir köşəyə çəkilirlər. Milyonların içində tənha  yaşamaq qədər çətin bir həyat sürürlər.

Rəsul Rza 60-cıillərdə yazdığı şeri... heç nə dəyişməyib:


Kimi dərdindən  içir, kimi kefindən

Kimi təzə  paltardan qorxur,

kimi kəfəndən.

İsgəndəri  soruşdunuz məndən?

İsgəndər içərdi,

Ləqəbi də"Kefli İsgəndər"di.

Gecə-gündüz  düşündürürdü onu,

Diri ölülərin dərdi.

Yoxsa  o da bir poçt məmuru olar,

Nədərdlənər, nə içərdi.

Ömrü   ölülər içində

Sakit,səssiz keçərdi.

Qınamayın  İskəndəri!

Yaman   olur anlamaq dərdi.


Bəli,yaman olurmuş!!!


1885 oxunub
14302 oxunub

InvestAZ