![]() ![]() ![]() ![]() |
Türkiyə lirəsinin ucuzlaşması bu ölkədə Azərbaycan manatının da dəyər qazanmasına səbəb olub. Nəticədə azərbaycanlılar bu günlərdə kütləvi şəkildə sərhədə yaxın İğdır şəhərinə axın edərək alış-verş edirlər.
Yenisəs.az Virtualaz.org-a istinadən xəbər verir ki, Azərbaycan manatı son bir ayda lirəyə nisbətən 49 faiz dəyər qazanıb və hazırda 1 manat 8 lirə 16 quruşa dəyişdirilir. Bu da azərbaycanlılar üçün Türkiyədən dəyəri manatla ölçüldükdə xeyli ucuzlaşan malları almaq üçün yaxşı fürsət yaradıb.
Bu fürsətdən istifadə edən Azərbaycan vətəndaşları kütləvi şəkildə İğdıra axın edərək ərzaq, geyim və məişət malları alırlar. Bildirilir ki, azərbaycanlılar Naxçıvan üzərindən ya avtobuslarla, ya şəxsi maşınları ilə cəmi bir saatlıq məsafədə olan İğdıra gedirlər, alış-veriş edib elə həmin gün geri dönürlər.
Alış-verişin azərbaycanlıların hesabına canlanması iğdırlı ticarətçiləri də məmnun edir.