XƏBƏR LENTİ
29 Yanvar 2022
28 Yanvar 2022
27 Yanvar 2022



Dəlixanada yatdı, sonra dəlixananın müdiri oldu - MÜBARİZƏ
Maraqli 17:13 / 09.12.2021

930-ci ildə spirtli içkilərdən asılı olan ananın nigahdan kənar övladı doğulur - Mari Rose. Anası ona baxa bilmədiyi üçün 5 yaşlı Marini uşaq evinə verir. Ardından bir cütlük onu övladlığa götürür. Marienin taleyi təəssüf ki, yenə üzünə gülmür, çünki onu övladlığa götürən cütlük çox qəddar və sadist insanlar olur. Bu italyan əsilli cütlük balaca qızı evin zirzəmisində bağlayıb ona işgəncələr verirlər. Kənardan baxanda normal və çox hörmətli insanlar kimi göründükləri üçün bunu illərlğ rahatlıqla gizlədirlər və Mari həmin zamanlarda taleyinin cəhənnəm dövrünü yaşayır. 

Mari Rose 17 yaşında depressiyadan iflic keçirir. Qarabasmalar gördüyü üçün həkimlər ona şizofreniya diaqnozu qoyur və onu dəlixanaya yerləşdirirlər. Mari həyatının 17 ilini dəlixanada keçirir, özü də çox ağır. Ümidsizlik və çarəsizlik içində qıvrılır.. Yemək yemir, yerindən tərpənmir və tez-tez intihar etməyi düşünür…

Otuz dörd yaşına çatanda həkimlər Marinin vəziyyətini yenidən qiymətləndirir. Onun şizofrenik olmadığına, ağır depressiya keçirdiyinə qərar verirlər. Yoldaşlarının və özünü sevən bir neçə səhiyyə işçisinin köməyi ilə Mari xəstəxanadan çıxır.

Artıq həyatını bundan sonra necə keçirəcəyinə qərar vermək üçün kifayət qədər yaşı var. Tərk edilmiş, işgəncə və təcavüzə uğramış, otuz dört ili xarab olmuş bir adam olaraq heç nə asan olmasa da, o qorxmur və ümidsiz olmaqdansa sıfırdan başlamağı seçim edir.
    
"Ağlı yerində deyil, oxuması mümkün olmayacaq” dedilər, amma Mari Salem State Universitetinin Psixiatriya fakültəsinə daxil oldu və məzun olmağı bacardı. Həmin müddət ərzində xərçəng xəstəliyinə tutuldu və mübarizədən qalib çıxdı. Özü kimi dəlixanadan yeni çıxmış və sağalmış Joe ilə evləndi. Əri təəssüf ki, altı il sonra öldü və Mari özünü işinə həsr etdi. Uzun illər həkim olaraq çalışdıqdan sonra Harvard Universitetində magistr təhsili aldı. Psixiatrik xəstələrlə çalışdı, konfranslar verdi. Bioqrafiyası yazıldı və həyatı filmə çəkildi (Nobody’s Child). Bir çox mükafata layiq görüldü.

Əlli səkkiz yaşındaykən isə insanları təəccübləndirəcək bir şey etdi: On yeddi ilini keçirdiyi Masachusetts Danver Dövlət xəstəxanasına idarəçi olaraq təyin olundü və vəzifəsini layiqincə yerinə yetirdi. 

"Əgər bağışlamağı öyrənməsəydim, bir damla belə inkişaf edə bilməzdim. Həyatım ziyan edilmiş bir həyat olardı. Və bu gün bu xəstəxanaya idarəçi olaraq dönə bilməzdim" - deyə Mari Rose mətbuat konfransında çıxış etmişdi.

Dilimizə uyğunlaşdıran: Eminquey


3166 oxunub

InvestAZ