XƏBƏR LENTİ
29 Yanvar 2022
28 Yanvar 2022
27 Yanvar 2022



Ukrayna yaxın 10 ildə NATO-ya qəbul olunmayacaq
DÜNYA 12:24 / 09.12.2021

ABŞ Dövlət Departamenti deyəsən Ukraynadakı vəziyyəti on illərlə uzatmaq fikirindədir.  Dövlət Departamentinin nümayəndələri bəyan ediblər ki, Ukraynanın NATO -ya üzv qəbul edilməsi çətin ki, yaxın on ildə mümkün olsun. Bu barədə məlumatı Assoşieytet Press agetliyi yazıb.
  
"Dövlət Departamentinin yüksək vəzifəli nümayəndələri bildiriblər ki, Ukraynanın NATO - ya üzvülüyü çətin ki, yaxın on illikdə baş tuta bilər" - deyə agentlik departament məmurunun dediklərini yazıb.
  
RF-nın prezidenti Vladimir Putin daha əvvəl bəyan etmişdir ki, ABŞ - la və onun tərəfdaşları ilə  dialoqlarda  Moskva konkret razılaşmaların hazırlanmasında,  NATO -nun şərqə doğru irəliləməməsi, silahlarının yerləşdirilməməsində israr edəcək. 
  
Moskva Ukraynanın NATO-ya girməsini özləti üçün  "qırmızı xətt" hesab edir. ABŞ-ın müdafiə naziri Lloyd Ostin isə Ukraynanın NATO-ya üzv qəbul edilməsini şəhr edərkən bildirib ki, üçüncü dövlətlər bununla bağlı veto qoymaq hüququna malik deyillər, Vaşinqton Ukraynanın bu təşəbbüsünü dəstəkləyir.
 
Xatırladırıq ki, 2014-cü ildə Ukrayna parlamenti konstitusiyada dəyişiklik edərək Aİ və NATO kursunu qəbul edib. Beləliklə Ukrayna NATO ilə geniş əməkdaşlıq imkanları qazanan sayca altıncı dövlət olub.
 
NATO -nun o vaxtki baş katibi Anders Foq Rasmussen bildirmişdir ki, Ukrayna alyansa üzv qəbul olunması üçün bir sıra kriteryalara sahib olmalıdır ki, buna sə uzun illər çalışmaq deməkdir.
  
Bir sözlə, ABŞ hələ uzun illər Rusiyanın əsəbləri ilə oynamaq üçün Ukrayna kartından istifadə etmək niyyətindədir. Bəs rus ayısının buna səbri çatacaqmı?  Son hadisələr göstərir ki, yox! Putin məsələnin tezliklə,  istənilən variantda həllində israrlıdı. Hələ ki, ruslar dialoq və danışıqlarla gərginliyi yatırmağa çalışırlar. Lakin eyni zamanda  çoxsaylı hərbi qüvvələrini də Ukrayna sərhədləri yaxınlığına toplamaqda davam edirlər.



3803 oxunub

InvestAZ