XƏBƏR LENTİ
29 Yanvar 2022
28 Yanvar 2022
27 Yanvar 2022



Bakıda fəhlə faciəli şəkildə öldü
KRİMİNAL 11:30 / 09.12.2021

Dekabrın 8-i saat 21 radələrində Qaradağ rayonu, Salyan şossesi 47 ünvanında yerləşən kərpic istehsalı ilə məşğul olan "AAC” MMC-də fəhlə işləyən 1997-ci il təvəllüdlü Ruslan Kərimovun iş yerində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Qaradağ Rayon Prokurorluğundan   Yenisəs.az-a verilən məlumata görə, Ruslan Kərimov sement və gilin qarışdırılması üçün nəzərdə tutulmuş quyunun divarlarındakı sement qalıqlarını elektrik mühərrikli dəlici alətlə təmizləyən zaman elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.


3859 oxunub

InvestAZ