XƏBƏR LENTİ
29 Yanvar 2022
28 Yanvar 2022
27 Yanvar 2022



Yaşlı kişi metroda öldü
KRİMİNAL 09:55 / 09.12.2021

Bakıda metroda ölüm hadisəsi baş verib.

"Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Adalet.az-a açıqlamasında bildirib ki, hadisə səhər saat 08:10-da metronun "28 may" stansiyasında baş verib.

"Sərnişin qatarda özünü pis hiss edib. "28 may" stansiyasında o qatardan düşürülüb və təcili yardım çağırılıb. Təcili tibbi yardım hadisə yerinə çatana qədər həmin şəxs dünyasını dəyişib.

Dünyasını dəyişən şəxs yaşlı kişidir", - deyə B.Məmmədov bildirib.


1571 oxunub

InvestAZ