XƏBƏR LENTİ
29 Yanvar 2022
28 Yanvar 2022
27 Yanvar 2022



Bəxtimiz gətirib ki, Heydər Əliyev kimi... - Burcanadze
SİYASƏT 09:47 / 09.12.2021

Azərbaycan xalqının bəxti gətirib ki, Heydər Əliyev kimi müdrik siyasətçisi və rəhbəri olub.

Yenisəs.az xəbər verir ki, bunu Vahid Gürcüstan Partiyasının lideri Nino Burcanadze Tiflisdə ulu öndər Heydər Əliyevə həsr olunan fotosərgidə çıxışında deyib.

O qeyd edib ki, Gürcüstanın da bəxti gətirib ki, H.Əliyev kimi böyük dostu olub.

Siyasətçi bildirib ki, ümummilli liderlə görüşləri olub və onunla bağlı xatirələri yaddaşından heç zaman silinməyəcək:

"Bakı-Tiflis-Ceyhan layihəsi reallaşdırılan zaman bir sıra basqılar oldu. Lakin Heydər Əliyev boru kəmərinin Gürcüstan ərazisindən keçməsinə nail oldu".

N.Burcanadze qeyd edib ki, Gürcüstanın ən ağır anlarında Heydər Əliyev və Azərbaycan gürcü xalqının yanında dayanıb:

"Onu şəxsən tanıdığıma görə qürur duyuram. Nə yaxşı ki, Heydər Əliyevin İlham Əliyev kimi layiqli davamçısı var. Azərbaycan Prezidenti xalqının sevgisinə layiqdir. Ərazi bütövlüyünü bərpa etməklə, o, xalqın böyük arzusunu yerinə yetirdi. Əminəm ki, Azərbaycan-Gürcüstan münasibətlərinə xələl gətirilməyəcək. Din və dilimiz ayrı olsa da, gürcü və Azərbaycan xalqlarını möhkəm dostluq bağlayır".


3866 oxunub

InvestAZ