XƏBƏR LENTİ
29 Yanvar 2022
28 Yanvar 2022
27 Yanvar 2022



Lavrov Mirzoyana danışdı...
SİYASƏT 09:43 / 09.12.2021

Rusiya XİN rəhbəri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla bugünkü telefon danışığında Ermənistan-Azərbaycan sərhədində təcili delimitasiya işlərinin aparılmasına başlanılmasının vacibliyini bildirib.

Yenisəs.az xəbər verir ki, bu barədə Rusiya XİN-in məlumatında qeyd edilib.

Eyni zamanda 26 noyabr 2021-ci il Soçi görüşündə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin razılaşmalarının icrasına xüsusi diqqət çəkilib.

"Rusiya tərəfi məxsusi vurğu ilə Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası işlərinə təcili şəkildə başlanımasının vacibliyini bildirdi. Eyni zamanda razılaşmaların nəqliyyat və iqtisadi əlaqələrin bərpası ilə bağlı Azərbaycan, Ermənistan və Rusiya vitse-premyerlərinin həmsədrliyi ilə fəaliyyət göstərən işçi qrupunda praktik məcraya keçirilməsini istəyib”.

Qeyd edək ki, bundan öncə Ermənistan XİN-in yaydığı məlumatda "Qarabağla bağlı məsələlərin geniş spektrini nazirlərin müzakirə etdiyi" iddia edilsə də, Rusiya XİN-in məlumatında bu, yoxdur.

Eyni zamanda nazirlərin "3+3” formatını da müzakirə etdiyi bildirilmişdi.



1373 oxunub

InvestAZ