XƏBƏR LENTİ
29 Yanvar 2022
28 Yanvar 2022
27 Yanvar 2022



ÖZÜMƏ ETİRAFIM : - Əbülfət MƏDƏTOĞLU
Ədəbiyyat 16:54 / 08.12.2021

Ömür bir an - göz qırpımı
Eh... nə gedə, nə gətirə...
Yandıracam öz çırpımı -
İçimdəki bir xətirə...

Nə gecəni dara çəkib,
Nə gündüzə tor hörəcəm...
Günahımı yerə əkib -
Üstündə də gor hörəcəm...

...Hər nə qopsa kirpiyindən
İsinəcək onla adın...
Çox acılar çəkdin məndən -
Talehimə hakim qadın!

7210 oxunub

InvestAZ