XƏBƏR LENTİ
25 Yanvar 2022
24 Yanvar 2022
23:49
23 Yanvar 2022
22 Yanvar 2022



Şuşaya yeni sürət yolu çəkilir - VİDEO
SİYASƏT 09:10 / 08.12.2021

Zəfər yolundan əlavə olaraq Şuşa şəhərinə əlavə yol çəkilir.

Adalet.az xəbər verir ki, bunu REAL tv-yə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyəti sədrinin müavini Hidayət Rüstəmov deyib.

Onun sözlərinə görə, bu yol Zəfər yolundan fərqli olaraq enişli-yoxuşlu deyil, tunel və körpülərlə inşa ediləcək.

"4 zolaqlı yol təhlükəsiz və sürətli olacaq. Yeni yolun Daşaltıdan Şuşaya keçən hissəsində tunel inşa ediləcək ki, həmin tunel vasitəsilə İsa bulağına təhlükəsiz keçid olsun. Bu tunel Laçın dəhlizinin altından keçməklə İsa bulağı istiqamətində olacaq. Tunel həmçinin Şuşa şəhərinə də gedişi təmin edəcək", - deyə sərd müavini qeyd edib.


2107 oxunub

InvestAZ