XƏBƏR LENTİ
25 Yanvar 2022
24 Yanvar 2022
23:49
23 Yanvar 2022
22 Yanvar 2022



Azərbaycan Afrika ölkələrinə vaksin göndərdi
DÜNYA 08:56 / 07.12.2021

Türk Dövlətləri Təşkilatı tərəfindən Afrika ölkələrinə 611 200 doza koronavirus peyvəndi bağışlanıb.

Yenisəs.az  Axar.az -a  istinadla  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, sözügedən peyvəndlər dekabrın 6-da hərbi yük təyyarəsi ilə Afrikanın Burkina-Faso (400 min doza "Sinovak”) və Toqoya ( 211 200 doza "Sinopharm”) hədiyyə olaraq çatdırılıb.

Bağışlanan vaksinlərin Türkiyə (200 min doza "Sinovac”), Azərbaycan (100 min doza "Sinovac”), Özbəkistan (100 min doza "Sinovac”) və Macarıstan (211 200 doza "Sinopharm”) tərəfindən ayrıldığı bildirilib.



2035 oxunub

InvestAZ