XƏBƏR LENTİ
17 Yanvar 2022
16 Yanvar 2022
15 Yanvar 2022
12 Yanvar 2022



Heydərabad sarayında görüş
DÜNYA 18:58 / 06.12.2021

Rusiya Prezidenti Vladimir Putin Hindistana işgüzar səfər edib.

Yenisəs.az bildirir ki, bu barədə RİA Novosti-nin müxbiri məlumat yayıb.

Artıq V.Putinin korteji Hindistanın Baş naziri Narendra Modi ilə danışıqlar aparmaq üçün Yeni Dehlinin mərkəzindəki Heydərabad sarayına gəlib.

İki ölkə liderləri birgə şəkil çəkdirmək üçün mətbuatın qarşısına keçib, daha sonra danışıqlar aparacaqları saraya gediblər.

Prezidentin gəlişindən az əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Rusiyanın Hindistandakı səfiri Nikolay Kudaşev Heydərabad sarayına gəliblər.

Qeyd edək ki, bu, 2019-cu ilin noyabrında Braziliyada keçirilən BRİKS sammiti çərçivəsində keçirilən görüşdən sonra Putinin Modi ilə ilk təkbətək görüşüdür.

Bu, Rusiya Prezidentinin 2021-ci ildə həyata keçirdiyi ikinci xarici səfəridir. Vladimir Putinin bu il ilk xarici səfəri iyunun 16-da Cenevrəyə (İsveçrə) etdiyi işgüzar səfərdir. O, burada ABŞ Prezidenti Cozef Baydenlə görüşüb.



1969 oxunub

InvestAZ