XƏBƏR LENTİ
25 İyun 2022
24 İyun 2022
23 İyun 2022



Prezidentin təltif etdiyi sabiq nazir-bəstəkar
Maraqli 13:03 / 06.12.2021

Azərbaycan Prezidenti İlham Əliyev akademik Siruz Hüseyn oğlu Abasbəylinin 3-cü dərəcəli "Əmək” ordeni ilə təltif olunması ilə bağlı sərəncam imzalayıb.

Yenisəs.az Axar.az -a  istinadla xəbər verir ki, Siruz Hüseyn oğlu Abasbəyli Təbriz şəhərində anadan olub.

1962-ci ildə Bakı Rabitə Texnikumunun Avtomatik telefon rabitəsi fakültəsinə qəbul olub.

1965-ci ildə ATS-də ilk əmək fəaliyyətinə başlayıb. İlk dəfə onu "Azqosproyekt” institutunun ATS-nə montyor göndəriblər. Bir ildən sonra "Qiproazneft” institutunun ATS-nə texnik təyin olunub. 1968-ci ildən müxtəlif ATS-lərdə mühəndis işləməyə başlayıb.

50-dən çox səmərələşdirici təklifləri və ixtiraları qeydiyyatdan keçib.

1970-ci ildə V.İ.Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar Yubiley medalı və SSRİ Sosialist Yarışının 9-cu Beşilliyinin əlaçısı döş nişanı ilə təltif edilib. Həmin ildə SSRİ-i Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin qızıl medalını alıb.

Siruz Abasbəyli Mərkəzi Komitədə 1990-ci ilə qədər işləyib.

1992-ci ildən 1997-ci ilə kimi Azərbaycan Respublikasının rabitə naziri olub.

"İlk məhəbbət”, "Xoşbəxtəm”, "Ulduzum”, "İçərişəhər”, "Tanıdım səni”, "Son zəng” mahnılarının və bir neçə lirik musiqinin müəllifidir.

Beynəlxalq Rabitə Akademiyasının Azərbaycan filialının prezidenti, Rabitə və İnformasiya Texnologiyaları İctimai Birliyinin sədridir.


8562 oxunub

InvestAZ