XƏBƏR LENTİ
16 Yanvar 2022
15 Yanvar 2022
12 Yanvar 2022



Polşa Baydeni sərt olmağa çağırıb
DÜNYA 13:00 / 06.12.2021

Polşa radiosuna müsahibə verən xarici işlər nazirinin müavini Marçin Pşidaç ABŞ prezidenti Co Baydeni Vladimir Putinlə danışıqlar zamanı sərt mövqe tutatacağına inandığını bəyan edib.

  Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə ABŞ prezidenti Co Bayden arasında video formatda görüş,  7 dekabr tarixinə planlaşdırılıb.
 

"Co Bayden NATO -nun genişləndirilməsi layihəsinin arxitektorlarından biri sayılır. Hələ Barak Obama dövründə vitse-prezident  olduğu vaxtlarda  Birləşmiş ştatlar Avropanın bizə yaxın regonunda NATO -nun genişləndirilməsinə razılıq vermişdi. Mən inanıram ki, hazırda prezident vəzifəsində Co Bayden sabah baş tutacaq görüşdə sərt mövqe tutacaq" -deyə Pşidaç bildirib.
 

Bununla yanaşı polşalı diplomat hesab edir ki, "Bayden Putinlə ümumiyyətlə "qırmızı xətt" məsələsini müzakirə etməməlidi. Bayden və

Qərb bu cür danışıq tonu ilə razılaşmamalıdı. Vladimir Putin Qərb dövlətləri ilə sərhədləri müəyyənləşdirməməli və əməkdaşlıq üçün şərtlərini irəli sürməməlidir".
 

Daha əvvəl Rusiya prezidenti,  Moskva üçün Ukrayna ərazisinə silahların yerləşdirilməsi "qırmızı xətt" sayılacaq.(adalet.az)


2654 oxunub

InvestAZ